Az. R. kazarmalarının birində azəri əsgərlərin döyülməsi təsvirlərinin internetdə yayılması bu ölkə xalqını qəzəbləndirib
Azərbaycan servisi/Aran Agentliyi
Az. R. kazarmalarının birində azəri əsgərlərin döyülməsi təsvirlərinin internetdə yayılması bu ölkə xalqını qəzəbləndirib.
Bu təsvirlərdə Az. R-dakı kazarmaların birinin yataqxanası göstərilir ki, orada 20 əsgər nəzərə çarır. Onlar bir neçə mərtəbəli çarpayıların qarşısında durublar. Qəflətən 20 gövdəli hərbçi səhnəyə daxil olur əsgərləri ardıcıl və güclü şillələr , sonrada yumuruq və təpiklərə məruz qoyur. Onlar müdafiəsiz əsgərləri döyərkən azəri dilində ən iyrənc söyüşlər söyərək uja səslə əsgərlərin bütün vücudlarını təhqir edirlər.
Əsgərlərin onların qarşısında təəccüb doğuran sükutu və onlara itaət etmələrindən belə çıxır ki, hücumçular onların komandiridir və əsgərlər bu cür şəraitə adət ediblər .
Az. R. bayrağı və sabiq prezident və Heydər Əliyevin fotoşəkilinin yayılan təsvirlərdə görünməsi təsvirlərin gerçək olmasına şübhə yaratmır . Bu təsvirlərin internetdə və mobil telefonlar vasitəsi ilə geniş şəkildə yayılması Az. R. xalqı xüsusən azəri əsgərlərin valideynlərinin hiddətinə səbəb olub.
Bakı əhalisinin bir hissəsi Bakıdakı müxbirimizlə müsahibədə bildiriblər ki ,bu kimi insanlıqdan uzaq rəftarların Az. R. ordusunun bu ölkə xalqı qarşısında xəcalətli olmasına bais olur, bu hərəkətlər eyni zamanda vətəni müdafiə stimulunu pozur.
Onlar sonra deyiblər: Öz qollarının gücünü müdafiəsiz əsgərlərə göstərən kəslər əslində Az. R. xalqını təhqir edir, Bu kimi şəxslər yaxşı olardı ki, döyüş cəbhələrində öz qüdrətlərini bu ölkə ərazilərini işğal edənlərə göstərsinlər.