Tarix : 2008 Oct 11
Kod 7955

SEÇKİ İMİTASİYASI

.
Azərbaycan servisi/Aran Agentliyi
Artıq seçkiyə 4 gündən də az vaxt qalıb. Am­ma Azərbaycanda seçki əhval-ruhiyyəsi hiss olunmur. Seçki kampaniyasının bu şəkildə keç­məsi həm hakimiyyətin, həm də qondarma "müxalifət"in maraqlarına uyğun gəlir. Uduzan isə məzlum Azərbaycan xalqıdır. Prezidentliyə "müxalifət"dən namizəd olan canlı "robotların" debatları başlayandan sonra mətbuatın da seç­kiyə diqqəti azalıb. Əvvəllər Azərbaycanda ke­çirilən seçkilərdə az da olsa bir rəqabət görün­tüsü vardı. Lakin sonralar beynəlxalq təşkilat­ların seçkilər zamanı baş verən kütləvi saxta­karlığa göz yumması və biganə yanaşması ilə "müxalifət" də razılaşdı. Çünki həm iqtidarı dəstəkləyən, həm də "müxalifət"i ehtiyatda saxlayan ABŞ və onun müttəfiqlərini demokra­tiya yox, ilk növbədə öz yırtıcı maraqları dü­şündürür.
1991-ci ildə müstəqilliyini elan edən Azər­baycanın o zamankı prezidenti Ayaz Mütəlli­bov siyasi kursunu Rusiyaya meylli qurdu. 1992-ci ildə Ə.Elçibəyin rəhbərliyi ilə hakimiy­yətə gələn Xalq Cəbhəsi liderləri Azərbaycanın siyasi kursunu tam şəkildə ABŞ və Qərbə döndərdi. Millətçi «fanat»lar öz atalarının gözünü çıxardıb "Koroğlu" xülyası ilə yaşamaq istəsələr də, nəticədə özləri kor olmaqla yanaşı ağıllarını da itirdilər və hakimiyyəti Heydər Əliyevə təhvil verdilər. Hakimiyyətə gələn yeni şəxs Azər­baycanı MDB-yə daxil etdi və ölkənin siyasi kursunu balanslaşdırılmış siyasət adı altında apardı. Atasının siyasi kursunu davam etdirən İlham Əliyev nefti BTC boru kəməri vasitəsiylə Qərbi Avropa və ABŞ-a ötürdü, qazı isə "Qazprom"la müqavilə bağlayıb Rusiyaya satmağa razılaşdı. Halbuki, Rusiya özü qaz istehsalına görə dün­yada birincidir və dünyaya qaz ixrac edir. Əlbəttə, hər iki enerji ixracı iqtisadi mə­nafedən uzaqdır və daha çox siyasi xarakter daşıyır. Nə isə mətləbdən uzaq düş­məyək.
Azərbaycanda bu günə kimi Milli Məclis, bələdiyyə və prezident seçkiləri kütləvi saxtakarlıqla müşayiət olunub və rəqabət aparan siyasətçilərin bir hissəsi "siyasi meyit"ə çevriliblər. Digər hissəsi isə həm ixttiyar sahiblərinə, həm də ki, xaricdəki ağalarına təslim olaraq "müxalifət" adıyla "siyasi alver"ə getdilər və bu gün də gu­ya qapı-qapı gəzib prezident olacağı təqdirdə xalqı ağ günə çıxaracaqları və insan­ların qanını soran məmurları guya ayağından asacaqları haqqında çərənləyirlər.
KİV-də bu debatları eşidəndə Səməd Vurğunun məşhur "Vaqif" poemasında öz şahını əyləndirən təlxək epizodu yadıma düşdü:

Keçərəm yolunda can ilə başdan
İnsan boğazlaram düz otuz nəfər.

Bunlar başa düşmürlər ki, xalqımız onların düşündüyü kimi avam deyillər, əldə­qayırma namizəd olaraq xalqı yox, özlərini ələ salırlar. Bu yaxınlarda mətbuat or­qanlarından biri, özlərini müxalifət adlandıran namizədlərin xalq arasında tanınıb-tanınmadıqları barədə sorğu keçiriblər. Soruşanların 90 faizi bu siyasətçiləri tanı­madıqlarını, yaxud onlara inanmadıqlarını bildiriblər.
Jurnalist namizədə "sizi xalqın əksəriyyəti niyə tanımır", deyə soruşduqda, nami­zəd: "Biz də müğənni, artist deyilik ki, xalq bizi tanısın", - cavabını verir. Deməli, bu namizədlər Aygünü, Rəqsanəni, Namiqi, Samir(ən)i, Faiqi özlərindən məşhur saydıqlarını təsdiq edirlər. Faiq demişkən, bu yaxınlarda öz ailəsinə sahiblik edə bilməyən bu başıbəlalı adamın xanımı mətbuat konfransı keçirib. Maraqlıdır ki, bu xanım Faiqə "xalq artisti" fəxri adını verən mədəniyyət və turizm naziri Əbülfəz Qa­rayevi qınayıb: "Nazir fəxri ad verəndə adamın kişilik qürurunu nəzərdə tutmaz­mı?" Lap Məşədi İbad demişkən: "Adam gəlini gətirəndə baxmaz ki, bu arvaddı, ya kişi". İndi də MSK sədri Məzahir Pənahovdan sual olunur: "Prezidentliyə namizədlə­ri qeydə alanda yoxlamazlar ki, bunlar ölkəyə başçılıq edə bilər, ya yox?" Cavabı xalq gözləyir...
  • Yazılıb
  • da (də) 2008 Oct 11