Əgər ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarsa və sionist rejimini dəstəkləməyə son qoysa, çox güman ki, İran hökumətinə ABŞ-la danışıqlar aparmağı tövsiyyə etmək olar
İİR servisi/Aran Agentliyi
İran, ABŞ-la danışıqlar üçün Ağ Ev qarşısında iki şərt qoyub. Bunu İran prezidentinin müşaviri Mehdi Kalhor İRNA agentliinə bildirib: «Əgər ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarsa və sionist rejimini dəstəkləməyə son qoysa, çox güman ki, İran hökumətinə ABŞ-la danışıqlar aparmağı tövsiyyə etmək olar». İran prezidentinin təmsilçisi deyib ki, bu danışıqlara İrandan daha çox ABŞ-ın ehtiyacı var.