Ermənistanın baş naziri : Qarabağ münaqişəsinin həlli prosesi Minsk Qrupu çərçivəsindən kənarda mümkünsüzdür
Ermənistan servisi/Aran Agentliyi
Ermənistanın baş naziri deyib ki, Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həyata keçirilməlidir. İTAR-TASS-ın məlumatına görə, Ermənistanın baş naziri-Tiqran Sarkisyan dünən ABŞ-ın vitse-prezidenti- Dik Çeni ilə görüşdə artırıb: Qarabağ münaqişəsinin həlli prosesi Minsk Qrupu çərçivəsindən kənarda mümkünsüzdür.
Sarkisyan hazırda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəyasət heyətinin illik iclasında iştirak etmək məqsədi ilə Vaşinqtondadır. Qeyd edək ki, ABŞ, Rusiya və Fransa 1992-ci ildə Az.R. ilə Ermənistan arasındakı münaqişədə vasitəçilik etmək məqsədi ilə yaradılmış və indiyədək bu sahədə heç bir nəticə qazanmamış Minsk Qrupunun həmsədrləridirlər.