İranla Avropanın nüvə məsələsində dialoqu Qərb dövlətlərinin məntiqdən uzaq və tələsik addımlarına xatir uzanıb
Azərbaycan servisi/Aran Agentliyi
İran parlamenti İslam Şurası Məclisinin sədri bəyan edib ki, nüvə danışıqlarının dalana döyüşdüyünü demək düzgün olmazdı . Buna əsasən Qərb öz davranışını düzəldərsə bu xüsusda əlverişli yol tapılacaqdır. İRNA-nın məlumatına əsasən, Əli Laricani ötən axşam Fransa parlamentinin Tehrana ezam olunmuş nümayəndə heyətinin başçısı Jan Luyi Pikanko ilə görüşdə bildirib ki, İranla Avropanın nüvə məsələsində dialoqu Qərb dövlətlərinin məntiqdən uzaq və tələsik addımlarına xatir uzanıb.
Bununla yanaşı TŞ-nın İran əleyhinə məlum qərar çıxarması vəziyyəti mürəkkəbləşdirib. Parlament sədrinin sözlərinə görə Qərbin konstruktiv mövqe tutması bəlkədə əlaqələrdə normallığın yaranmasına mövcud anlaşılmazlıqların həllinə kömək edəcəkdir.
Fransa parlamentinin nümayəndə heyətinin sədri də deyib: İki ölkə arasında tarixi və mədəni bağlılıqlar əlaqələrin inkişafında mühüm rol oynaya bilər.
İranın təkcə Yaxın Şərq regionuna deyil, bütün dünyada böyük güc mərkəzi olduğunu xatırladan Pikanko qeyd edib ki, İran dövləti bütün regionda , o cümlədən Aran və Əfqanıstanda sülh və sabitliyin bərqərarında yardımçı ola bilər.