Bu gün Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov polis əməkdaşlarının köməyilə Əli adlı dindar şəxsi həbs etdirib
Azərbaycan servisi/Aran Agentliyi
Ötən həftə Sumqayıt şəhərində fəaliyyət göstərən Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrmanovun səyi nəticəsində baş verən bir çox qanunsuz və insan haqlarına zidd hadisələrədən sizlərə xəbər vermişdik. O vaxt rektor Nadir Qəhrəmanov univetsitetdə təhsil alan hicablı tələbələrin hicablarını çıxartdıqdan sona təhsil ocağına buraxılacağı əmrini vermişdi.
Lakin hicablarını çıxartmaqdan imtina edən, bunu insan haqlarına zidd sayan tələbələr bir çox dövlət qurumlarına, o cümlədən Prezidentin xanımı Mehriban Əliyevaya şikayət məktubu göndərmişdir.
Elə məktubların göndərilməsi, şikayətlərin olunması, bu əməlin heç bir qanunla düzgün olmadığını və həm məktub, həm də şikayətlərin yer aldığı "Birlik-Press" qəzetini rektor Nadir Qəhrəmanova təqdim edən inanclı, dindar Sumqayıt şəhər sakini bu gün rektorNadir Qəhrəmanovun şikayəti əsasında qanunsuz olaraq Sumqayıt şəhər 1-ci Polis bölməsinə aparılıb.
"Birlik-Press" qəzetinin hadisə yerindən xəbər verən müxbirinin sözlərinə görə, hələlik 1-ci Polis bölməsindən saxlanılan şəxsin hansı maddə ilə həbs olunduğu və hansı müddətə qədər bölmədə saxlanıcağı barədə məlumat verilməyib. Eyni zamanda saxlanılan Əli adlı dindar şəxsin hal-hazırki durumu barədə də heç bir məlumat verilmir.
Bu hadisələrdən belə qənaətə gəlmək olur ki, Sumqayıt Dövlət Universitetində rektor vəzifəsi yerinə yetirən Nadir Qəhrəmanov özünü sanki uşaq kimi aparır. qanunsuz əməllərinə don geydirməyi, özünü paka çıxartmağı dindar, inanclı şəxsləri qanunsuz olaraq tutdurmaqda bilir. Qeyd edək ki, Nadir Qəhrəmanov kimi rektorlar Azərbaycan Təhsil sisteminə ləkədən başqa bir şey deyil.