Tarix : 2008 Oct 14
Kod 8026

Azərbaycanın Milli Bankdan önəmli qərar

İdarə Heyətinin qərarı ilə həmçinin cari ilin noyabr ayının 3-dən etibarən bankların həm manat, həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normaları 12%-dən 9%-ə endirilib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Azərbaycan Milli Bankının İdarə Heyəti bank sistemində maliyyə sabitliyinin qorunması məqsədilə bu gündən etibarən uçot dərəcəsinin 15%-dən 12%-ə, faiz dəhlizinin yuxarı həddinin isə 20%-dən 17%-ə endirilməsinə dair qərar qəbul edib.

Milli Bankdan Lent.az-a verilən məlumata görə, İdarə Heyətinin qərarı ilə həmçinin cari ilin noyabr ayının 3-dən etibarən bankların həm manat, həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normaları 12%-dən 9%-ə endirilib. Bankların xarici öhdəlikləri üzrə məcburi ehtiyat norması isə 5%-dən sıfıra endirilib.

Qeyd edək ki, cari il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları artaraq 17 mlrd. dolları ötüb, ölkənin toplam xarici aktivləri onun öhdəliklərini 9 mlrd. dollar üstələyib, nəticədə Azərbaycanın dünya iqtisadiyyatı ilə maliyyə münasibətlərində kreditor mövqeyini daha da möhkəmlədib. Strateji valyuta ehtiyatları Azərbaycanın beynəlxalq ödəniş qabiliyyətinin daha da artmasını təmin edir – bu ehtiyatlar ölkənin məcmu xarici borcundan 1.7 dəfə çoxdur.
  • Yazılıb
  • da (də) 2008 Oct 14