Seçkilərin şəffaf formada keçirilməsi üçün Bakı şəhərində 500 seçki məntəqəsində xüsusi kameralar yerləşdirilib və seçki prosesi canlı olaraq internetdə istifadəçilərin ixtiyarına təqdim olunacaq
Azərbaycan servisi/ARAN AGENTLİYİ
Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri internet vasitəsi ilə canlı şəkildə yayımlanacaq. Azərbaycan Respublikasında keçiriləcək 6-cı prezident seçkilərinin mərkəzi qərargah rəisi-Məzahir Pənahov bu gün bu xəbəri bildirərək deyib: Seçkilərin şəffaf formada keçirilməsi üçün Bakı şəhərində 500 seçki məntəqəsində xüsusi kameralar yerləşdirilib və seçki prosesi canlı olaraq internetdə istifadəçilərin ixtiyarına təqdim olunacaq.
O qeyd olunan seçki məntəqələrində səslərin sayılması prosesinin də internet vasitəsi ilə canlı olaraq yayımlanacağını bildirərək artırıb: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az və www.cec.gov.az internet saytlarına müraciət etməklə prezident seçkilərini canlı şəkildə izləmək olar.
Pənahov dünyanın 30-dan çox ölkəsinin informasiya vasitələrinin seçkiləri işıqlandırmaq üçün Bakıya nümayəndə göndərdiklərinə toxunaraq deyib: Səslərin sayılması ilə bağlı əldə olunacaq ilkin məlumatlar cümə axşamı günündən etibarən hər gün informasiya vasitələri tərəfindən 5 dəfə elan olunacaq.