Tarix : 2008 Oct 14
Kod 8028

ÜRKİYƏDƏN AZƏRBAYCANA UÇAN TƏYYARƏNİ PARTLATMAQ İSTƏYİBLƏR

təyyarəyə minik başlandıqdan dərhal sonra hava limanına çoxlu polis gəlib
Azərbaycan servisi/ARAN AGENTLİYİ
Srağagün İstanbul-Bakı təyyarə reysində bomba həyəcanı yaşanıb. Bu barədə qəzetimizə həmin reyslə Bakıya gələn sərnişinlərdən biri xəbər verib. Onun sözlərinə görə, təyyarəyə minik başlandıqdan dərhal sonra hava limanına çoxlu polis gəlib. Polislər sərnişinlərin təyyarəyə buraxılmamasını əmr ediblər. Sərnişinlərə bildirilib ki, İstanbul-Bakı reysi ilə uçacaq təyyarəyə bomba qoyulması barədə məlumatlar var. Bu reyslə uçacaq bütün sərnişinlər yenidən yoxlanılıb.
“Qara plaşda olan bir nəfəri polis özü ilə apardı. Uçacağımız təyyarə isə dəyişdirildi. Bunu belə izah etdilər ki, təyyarə ətraflı yoxlanılacaq. Sərnişinlərdən baş verən hadisəyə görə Türk Hava Yolları adından üzr istənildi və təxminən 2 saat gecikmə ilə biz Bakıya gəlib çatdıq” .
Məsələ ilə bağlı Türk Hava Yollarının münasibətini öyrənməyə cəhd etsək də, iş vaxtı bitdiyindən zənglərimiz cavabsız qaldı. Növbəti sayımızda məsələ ilə bağlı adıçəkilən aviaşirkətin münasibətini öyrənib dərc etməyə çalışacağıq.
  • Yazılıb
  • da (də) 2008 Oct 14