tankda yanğın qəfildən başlayıb. Üç əsgər yanğını söndürmək istəyəndə isə mərmi partlayıb
Azərbaycan servisi/ARAN AGENTLİYİ
Şəmkirdə yerləşən «N» saylı hərbi hissədə tank yanıb. Qeyri-dəqiq məlumatlara görə, hadisə oktyabrın 13-də baş verib. Hadisə nəticəsində tankda olan bir zabit və iki əsgər tankda yanaraq ölüb. Ölən əsgərlərdən birinin Tovuz rayonundan olduğu bildirilir. «Yeni Müsavat» qəzetinin yazdığı məlumata görə, əsgərlərdən birinin adı İbrahim Feydəhməd oğlu Məlikovdur. Xaçmaz rayon Hərbi Komissarlığından 20 yaşlı əsgərin ailəsinə verilən məlumata görə, tankda yanğın qəfildən başlayıb. Üç əsgər yanğını söndürmək istəyəndə isə mərmi partlayıb. Aidiyyatı qurumlar faktı təsdiqləsələr də istintaqın gedişinə mane olmamaq səbəbi gətirilərək məlumat vermirlər. Xatırladaq ki, oxşar hadisə bir neçə gün əvvəl Naxçıvanda baş vermişdi.