Tarix : 2008 Oct 15
Kod 8048

Beynəlxalq şəxsiyyətlər İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüblər

Müharibə, aclıq və insanların hüquqlarını pozma kimi dünyanın hazırkı acı həqiqətləri qüdrətpərəstlik və tamahkarlıq amillərində köklərə malikdirlər
İİR servisi/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri bir neçə beynəlxalq siyasi və dini şəxsiyyətin o həzrətlə görüşündə dialoq və əməkdaşlığı məsələlərin aradan qaldırılması və anlaşma üçün zəruri və təsirli amil adlandırıblar. İslam İnqilabının Böyük Rəhbəri-Həzrəti Ayətullah-ul-uzma Xamenei çərşənbə axşamı günü bu görüşdə vurğulayıblar: Müharibə, aclıq və insanların hüquqlarını pozma kimi dünyanın hazırkı acı həqiqətləri qüdrətpərəstlik və tamahkarlıq amillərində köklərə malikdirlər. Buna görə də, dünya problemlərinin həlli üzrə hər bir səy və hərəkətdə ədalətsevərlik və zülmlə mübarizə üzrə şüarı əsas meyar kimi qərar vermək lazımdır.
Həzrəti Ayətullah-ul-uzma Xamenei ədalətsizlik və zülmü, bəşəriyyətin kədərləndirici problemlərinin tarixi kökü adlandırıblar və İraq, Əfqanıstan və Fələstin xalqlarının dəhşətli şəkildə qırğın edilmələrinə işarə edərək əlavə ediblər: Görəsən bu kədərləndirici faciələr yanlış anlaşma və qarşılıqlı dərkin olmamasından mənşə alır, yoxsa hegemonçuluq və ədalətsizlik kimi məsələlərdə köklərə malikdir?
İslam İnqilabının Böyük Rəhbəri qərbin dünyanın müxtəlif məntəqələrinə qarşı sərt müstəmləkəçiliyi, müsəlmanlar və başqa xalqlarla təhqiredici davranışları kimi tarixi amilləri mövcud problemlərin başqa səbəbləri kimi sadalayıblar və qeyd edilən hərəkətlərin əvəzinin çıxılmasına işarə edərək əlavə ediblər: Biz qərbin hazırkı nəslini keçmiş nəslin işlərinə görə təqsirli bilmirik. Amma qərb qüdrətlərinin hazırkı məsul şəxsləri də keçmişdəki kimi dünyaya yiyələnmək və xalqların hüquqlarını pozmaq ardıncadırlar.
Həzrəti Ayətullah-ul-uzma Xamenei bəşəriyyət xeyirxahlarına və dünya problemlərinin həlli üçün səy göstərən şəxsiyyətlərə təklif ediblər ki, dünyanın hər bir yerində olan zülm və ədalətsizliyi tam aydın və açıq şəkildə pisləyib, zalımın qeyri-zalımdan ayırd edilməsi üzrə çətin işi tam ciddiliklə izləsinlər.
İslam İnqilabının Böyük Rəhbəri Fələstin xalqı haqdakı zülm və cinayətə işarə edərək, əlavə ediblər: Dünya problemlərinin həlli üçün dua və nəsihət yaxşıdır. Amma ədalətsevərlik və zülmlə qarşılaşma olmadan heç bir nəsihət və hərəkət təsiredici olmayacaq. Buna görə də, dünyanın müxtəlif ölkələrində təsir edənlər və beynəlxalq ictimaiyyət Fələstin və İraqdakı aşkar zülmlə mübarizə etməlidirlər.
Həzrəti Ayətullah-ul-uzma Xamenei zülmlə mübarizəni ədalətli sülhə yiyələnmək üçün düzgün və təsirli yol bilərək vurğulayıblar: Ədalətsiz sülh davam etməyəcək və lazımdır ki, sülh şüarını himayə etməklə yanaşı ədalətsevərlik şüarı və zülmlə mübarizə tam ciddiliklə ortaya atılıb, izlənilsin.

  • Yazılıb
  • da (də) 2008 Oct 15