Azərbaycan servisi/Aran Agentliyi
İİR prezidenti deyib: İran xalqının iftixarı budur ki, dünyada sülh və ədalətə çağırışın bayraqdarıdır. Mahmud Əhmədinejad bu gün Gilan ostanına səfər zamanı Rəşt şəhərinin əhalisi qarşısında artırıb: Bu gün dünya zalımları Fironilər və Nəmrudilərlə oxşar taleyə malikdirlər. Çünki öz təməllərini təcavüz, işğalçılıq, insanların hüquqlarına hörmətsizlik və onların sərvətlərini qarət etmək üzərində qurublar.
Əhmədinejad sonra söyləyib: Dünya imperializminin iqtisadi problemi, onun yüz illik zülm və təcavüzlərindən mənşə alır. Zira bu müddətdə təcavüz, müharibə və işğalçılıqla xalqların sərvətlərini qarət edib, xalqları cahillik, ixtilaf və ayrı-seçkilikdə saxlayıblar.
İran prezidenti artırıb: Amerika və Avropa şirkətləri Afrikanın ən dəyərli mədənlərini talan edirlər. Onlar istəyirlər ki, İraq ilə regionun neftinə də yiyələnsinlər və indiyədək İraq xalqının 100 milyon bareldən çox neftini qarət ediblər və məlum deyildir ki, kim onların pulunu alıb.
Əhmədinejad ədalət, paklıq, iman və ilahi göstərişlərə diqqətsizliyi, qərbin iqtisadi problemlərinin amillərindən bilərək söyləyib: Onlar bütün oğurluq və rüşvətxorluqları elm, proqram və elmi nailiyyətlər adları altında xalqlara hakim ediblər. Ancaq hazırda sərmayə sahiblərinin ciblərinə həftədə 100 milyard dolların tökülməsi ilə belə onların iqtisadi durumları yaxşılaşmır.