Azərbaycan servisi/Aran Agentliyi
Mərmərə Qrupu Vəqfiylə bir yerdə Azərbaycanda prezident seçkilərini izləyən məşhur türkiyəli jurnalist İrfan Ülkü vəfat edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ürək tutması diaqnozu ilə xəstəxanaya aparılan jurnalist yolda keçinib.
İşlədiyi televiziya üçün veriliş hazırlayan jurnalist bu gün səhər canlı efirə çıxıb. Reportaj zamanı sadə vətəndaşlarla söhbət edən Ülkünün qəflətən halı pisləşib. Onun yanında olan “Cümhuriyyet” qəzetinin əməkdaşı Leyla Tavşanoğlu və sadə vətəndaşlar onu dərhal maşına qoyaraq xəstəxanaya aparıblar. Lakin Ülkü yolda keçinib.
Onun ani ölümü şoka səbəb olub.