Tarix : 2008 Oct 15
Kod 8056

SEÇKİ 2008 KOALİSİYASININ KOORDİNATORUNA TƏZYİQ EDİLİB

«Seçki 2008» QHT Koalisiyasının cənub regionu üzrə koordinatoru Rey Kərimoğlu 70 saylı Masallı seçki dairəsinin 1 saylı səsvermə məntəqəsində komissiya üzvlərindən birinin təzyiqinə məruz qalıb.
Azərbaycan servisi/Aran Agentliyi
Bu haqda sözügedən Koalisiyanın media üçün məlumatında bildirilir:

 
«Məntəqədə baş verən basabasın səbəbləri ilə maraqlanan R.Kərimoğlu burada sərt münasibətlə rastlaşıb, ona qarşı kobudluq edilib».
 
Məlumatda daha sonra deyilir ki, 59 saylı Salyan seçki dairəsinin 23 saylı məntəqəsində müvafiq sənədlərin divardan asılmasında qüsurlar müşahidə edilib.
 
Dairə üzrə koordinatorlardan daxil olan məlumatlara görə, bir sıra seçki dairələrində fəallıq müşahidə edilsə də, bəzi dairələrdə hələ də ciddi aktivlik yoxdur. 121 saylı Laçın seçki dairəsində isə ən aşağı fəallıq qeydə alınıb.
 
Koalisiya bildirir ki, 35 saylı Xətai üçüncü seçki dairəsinin əksər məntəqələrində təşkilati işlər qaydasında deyil, hətta bir müəssisədə 7 məntəqənin yerləşdirilməsi halı mövcuddur.

  • Yazılıb
  • da (də) 2008 Oct 15