İran bütün beynəlxalq təşkilatlardan istəyir ki, dərhal sionist rejimin bu kimi hərəkətlərinin qarşısını alsınlar
İİR servisi/Aran Agentliyi
Həsən Qəşqavi sionist rejimin Məscid-ul-əqsanın yaxınlığında yəhudi bir məbədi inşa etmək istiqamətindəki hərəkətini pisləyib. İİR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Həsən Qəşqavi sionist rejimin Qüdsün yəhudiləşdirilməsi istiqamətində bu şəhərin tarixi, mədəni və dini tərkibində dəyişikliyin edilməsi istiqamətindəki hərəkətlərinin mənfi nəticələri haqqında xəbərdarlıq edərək artırıb: İran bütün beynəlxalq təşkilatlardan istəyir ki, dərhal sionist rejimin bu kimi hərəkətlərinin qarşısını alsınlar.
Sionist rejim Məscid-ul-əqsanın 50 metrliyində bir yəhudi məbədi inşa etmək istəyir. Nəticədə Məscid-ul-əqsa və Qübbəs-səxrə məscidləri bu yəhudi məbədinin arxasında qalacaq və ətrafdakı islami tarixi əsərlər məhv ediləcək.