Tarix : 2008 Oct 17
Kod 8076

BAKIDA HƏBSXANADA “KRİMİNAL AVTORİTET” BALTALANIB

Azərbaycanın 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “kriminal avtoritet” Yunus Nəzərov məhbus yoldaşı tərəfindən baltalanıb
Azərbaycan servisi/Aran Agentliyi
Məhbusların yaxınlarından APA-ya daxil olan məlumata görə, hadisə ötən gün axşam adıçəkilən həbsxanada saxlanılan avtoritet Y. Nəzərovun digər məhbus yoldaşlarını döyməsi üstündə baş verib. Y. Nəzərovun özünü həbsxanada bu cür aparmasını qəbul etməyən məhbuslardan biri onu yatdığı yerdə baltalayıb.
Bundan sonra baltalanan məhbus ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Onu baltalayan məhbus isə başqa bir cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu hadisə həbsxanadakı məhbuslar arasında vəziyyəti gərginləşdirib. Məhbusları sakitləşdirmək mümkün olmadığından hadisə yerinə Ədliyyə Nazirliyinin yüksək rütbəli şəxsləri gəlməli olublar. Məhbuslarla aparılan danışıqlardan sonra gərginlik aradan qaldırılıb.

1 saylı Cəzaçəkmə Müəssisəsindən isə APA-ya hadisənin iki məhbus arasında baş verdiyi bildirilib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətindən də faktı təsdiqləsələr də, hadisənin təfərrüatı barədə məlumat verilməyib.
  • Yazılıb
  • da (də) 2008 Oct 17