Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R. Milli Bankının idarə heyəti ölkənin bank sistemində maliyyə sabitliyinin qorunması məqsədi ilə kreditlər üzrə uçot dərəcəsinin 25%-dən 17%-ə endirilməsi barədə qərar qəbul edib. Qurumun qərarı ilə həmçinin gələn ayın 3-dən etibarən bankların həm manat,həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat norması isə 5%-dən 0-a endirilib.
Ekspert Qubad İbadoğlu deyib: Hökumət kreditləri qlobal maliyyə böhranının təsiri ilə ucuzlaşdırılıb.
Ekspertin fikrincə, Milli Bankın qərarı respublikada inflyasiyanı artıracaq.