Tarix : 2008 Oct 17
Kod 8080

ƏLLAMƏ ƏSGƏRİNİN İRSİ MÜHÜM TƏDQİQAT OBYEKTİDİR

Onun gətirdiyi yeniliklərdən biri də cəmiyyətin ehtiyaclarını öyrənmək üçün hövzədən kənara çıxmaq olmuşdur
İİR servisi/Aran Agentliyi

Əhli Beyt (ə) və "Mərhum Ayətullah Əllamə seyd Murtaza Əsgərinin" məktəbinin xatirəsini bir daha anma məqsədilə Tehranda dünyanın görkəmli elm və siyasi xadimlərinin və «Əhli-Beyt cəmiyyəti»nin qonaqlarının iştirak etdiyi beynəlxalq konfrans keçirildi.

    Bu konfransda İran parlamentinin sədri doktor Əli Laricani və başqaları nitq söylədilər. Bu konfrans elmi və mədəni xarakter daşıyırdı. Əllamə Əsgərinin şəxsiyyəti haqqında danışaraq o, qeyd etdi ki, Əllamənin tədqiqat sahəsindəki yenilikləri, onun uzaqgörənliyi və tərzi müsəlmanların taleyində təsirli olmuşdur.



    Laricani, o cümlədən, bildirdi: "Adətən tədqiqatçıların iki tərzi olur. Bəzi tədqiqatçılar məlum üsullardan istifadə edirlər və bəziləri isə həmin elmdə dəyişliklər edirlər. Əllamə Əsgəri ikinci dəstə tədqiqatçılardandır və bu şəxsi, Əhli-beyt (ə) araşdırmaçılarının bünövrəsini qoyan bir tədqiqatçı kimi tanıyırlar."

    Doktor Laricani Əllamə Əsgərinin cəmiyyətin ehtiyaclarına diqqət göstərdiyini də vurguladı: "O, bu işdəki cəsarət və şücaətinə görə, Şəhid Ayətullah Sədrə və Şəhid Murtaza Mütəhhəriyə bənzədilir. Həmin şücaət bais oldu ki, o hövzələrdə müxtəlif elm sahələrinin tədrisinə və təhsildə elmin müxtəlif üslublarından istifadə etməsinə rəvac vermişdir və bu da "Üsuliddin insitutunun" formalaşmasına səbəb olmuşdur."

    Elmi hövzənin təmsilçisi öz çıxışında bildirdi: "O, məlum şəraitdə İnstitut və yeni üslublu mədrəsələrin açılmasına da səbəb olmuşdur və bu başqaları tərəfindən heç də xoş qarşılanmamışdır. Və o, bu tənələrə fikir vermədi və bu mədrəsələrdə Şəhid Seyid Muhəmməd Baqir və İraqın hal-hazırki baş naziri kimi yeni kadrların hazırlanmasına diqqət ayırdı."

     Laricani Ayətullah Seyid Mutraza Əsgərinin kəşfləri haqqında da danışdı:
"Onun gətirdiyi yeniliklərdən biri də cəmiyyətin ehtiyaclarını öyrənmək üçün hövzədən kənara çıxmaq olmuşdur. Onun uzaqgörənliyinə dəlalət edən nöqtələrdən biri də elmi hövzədən müstəqil idarə edən qrupu yaratmağı və hövzənin qeyri-dövləti olmasıdır."

    Laricani davam etdi: "Hətta bu gün İslami dövlətdə belə hövzə gərək öz millətinin əsilliyini hifz etsin və dövləti olmaqdan çəkinsin."

  • Yazılıb
  • da (də) 2008 Oct 17