Tarix : 2008 Oct 17
Kod 8082

MSK prezident seçkilərinin ilkin nəticəsini elan edib

seçki məntəqələrinin 70%-də səslər hesablandıqdan sonra məlum olub ki, İlham Əliyev 89.04% səs toplayıb
Azərbaycan servisi/Aran Agentliyi

Gözlənildiyi kimi Yeni Azərbaycan partiyasının sədri İlham Əliyev 6-cı prezident seçkilərinin qalibi elan olunub. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 70%-də səslər hesablandıqdan sonra məlum olub ki, İlham Əliyev 89.04% səs toplayıb.
Müxalifətin formal seçkilər adlandırdığı prezident seçkilərinin 6-cı dövründə iştirak edən 6 namizəd dünən axşam bir-birinin ardınca İlham Əliyevi seçkilərdə qələbə çalması münasibəti ilə təbrik edib.
Halbuki bu namizədlərin hər biri seçkilərin başa çatmasına bir neçə saat qalmış xalqı seçkilərdə iştiraka dəvət etmək məqsədi ilə səslərin ən azı 50%-ni əldə edəcəyini iddia edirdi.
Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunmuş nəticələrə əsasən, İqbal Ağazadə, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev və Qulamhüseyn Əlibəylinin hər biri 3%-dən az səs toplayıb. Hafiz Hacıyev isə 1%-dən az səs yığıb.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bildirib ki, səsvermə hüququna malik olanların 75.04%-i seçkilərdə iştirak edib.

  • Yazılıb
  • da (də) 2008 Oct 17