Alman radiosu , Associated Press və Le Mond mətbu orqanlarının təmsilçiləri ilə ölkədə insan haqları və ictimai-siyasi durumla bağlı vəziyyət müzakirə edilmişdir
Azərbaycan servisi/Aran Agentliyi
Fransanın nüfuzlu “Le Mond” qəzetinin, Almaniyanın «Alman radiosu» və ABŞ-ın Associayted Press aqentliyinin jurnalistləri - Mari Jeto, Stella Qavrilova və Met Siqel DEVAMM sədri, insan haqları müdafiəçisi İlqar İbrahimoğlu ilə görüşüblər.
Görüş zamanı İlqar İbrahimoğlu göstərilmiş jurnalistlərin müxtəlif mövzularla bağlı suallarını cavablandırmışdır. Müsahibənin əsas mövzuları olaraq, dünyada yer alan islamofobiya ilə bağlı proseslər, Azərbaycanda və ABŞ-da seçkilər, ekstremizm və radikallaşma fenomenləri ətrafında süni ajiotaj və bu hallaran kökləri, ölkədəki insan halqları ilə bağlı vəziyyət və eləcə də digər məsələlər müzakirə edilmişdir.
Görüşlərdə qloballaşma ilə bağlı müasir dünyada gedən proseslərlə əlaqəli jurnalistləri maraqlandıran suallar da İ.İbrahimoğlu tərfindən cavablandırılmışdır.