Şırnakda təhlükəsizlik qüvvələri və terrorçular arasında baş verən toqquşma zamanı 35 PKK terrorçusu məhv edilib
Türkiyə servisi/Aran Agentliyi
Türkiyə Silahlı Qüvvələri baş qərargahından verilən açıqlamaya görə, Şırnakda təhlükəsizlik qüvvələri və terrorçular arasında baş verən toqquşma zamanı 35 PKK terrorçusu məhv edilib.
Xatırladaq ki, bu hadisə zamanı Türkiyə Silahlı Qüvələrinin 5 əsgəri şəhid olmuşdu, 15 nəfər isə yaralanmışdı. Eyni zamanda Türkiyə Silahlı Qüvvələri baş qərargahı mətbuatda Aktütün məntəqəsinə edilən basqın kadrlarının saxta olduğu barədə də məlumat yayıb. Açıqlamada bu görüntülərin həmin əməliyyata aid olmadığını və hədəflərin Türkiyə Hava Qüvələrinə məxsus F 16 tipli təyyarələrlə tam vurulduğu deyilir.