Bu iqtisadi məğlubiyyət yalnız Amerika və Avropanın deyil, liberal demokratiyanın məğlubiyyətidir
İİR servisi/Aran Agentliyi
Tehranın cümə namazı xitabətçisi Amerikanın iqtisadi böhranını bu ölkənin deyil, liberal demokratiyanın məğlubiyyəti adlandırıb. Tehranın cümə namazı xitabətçisi Ayətullah Seyyid Əhməd Xatəmi Amerikanın və onun ardınca Avropa və Amerikaya bağlı olanların iqtisadi böhranlarını "İqtisadi Sunami" adlandıraraq deyib: Bu iqtisadi məğlubiyyət yalnız Amerika və Avropanın deyil, liberal demokratiyanın məğlubiyyətidir.
Xatəmi əlavə edib: Son aylarda Amerika bütün səylərini həyata keçirdi və təəssüflər olsun ki, müstəqil olmayan Təhlükəsizlik Şurası Amerikanın əlində bir vasitə kimi Tehrana qarşı qətnamə çıxardı ki, İranda iqtisadi böhran yaratsın. Amma Allah-Taalanın inayəti ilə özləri böhrana düçar oldular. Tehranın cümə namazı xitabətçisi iqtisadiyyatlarını xilas etmək üçün Amerika banklarına yüzlərlə milyard dolların və Avropa banklarına 1200 milyard dolların daxil edilməsini təsirsiz bilərək deyib: Amerikaya bağlı olmağın nəticəsi budur və hazırda digər ölkələr öz hesablarını Amerikadan ayırmalıdırlar. Çünki Amerikanın ipi çürüyüb.
Ayətullah Xatəmi insan haqları iddiaçılarının cinayətləri və İraq, Quantanamo və dünyanın müxtəlif yerlərində gizli həbsxanalardakı işgəncələrini məzəmmət edərək deyib: Amerikanın iqtisadi böhranının kökü ABŞ prezidenti C. Buş və onun əməkdaşlarının təkəbbürlüyü ekspansiyonizmindədir.
Tehranın cümə namazı xitabətçisi Amerika birjalarında səhmlərin payının 40% enməsi və bu ölkənin bankları, maliyyə və sığorta müəssisələrinin iflasa uğramasını xatırladaraq deyib: Amerikalıların özlərinin etiraflarına görə, 8 il öncə Buşun prezidentliyinin başlanğıcında Amerika dövlətinin büdcədən əlavə krediti var idi, amma hazırda Amerika baş maliyyə idarəsinə 10 trilyon dollar və Çinə də 500 milyon dollar borcludur ki, buda Amerikanın dünyaya olan hegemonçuluğunun sona çatmasının başlanğıcıdır.