Tarix : 2008 Oct 17
Kod 8101

REGİONUN SABİTLİYİ QARABAĞIN HƏLLİNDƏN ASILIDIR

Dağlıq qarabağ nə qədər ki, azad olunmayıb regionda daimi stabillikdən söhbət gedə bilməz
Azərbaycan servisi/Aran Agentliyi

Bildiyimiz kimi artıq 15-ildir ki, işğalda olan Azərbaycan torpaqları geri qaytarılmayıb. Dağlıq qarabağ nə qədər ki, azad olunmayıb regionda daimi stabillikdən söhbət gedə bilməz. Azərbaycanda güclü maraqları olan və bu dövlətin təbii resuslarına gözünü dikən dövlətlər də bunu yaxşı bilir və yavaş-yavaş məsələni həll etmək istəyirlər.Yalnız burada bir məsələ meydana çıxır ki, Amerika və Rusiya bu məsələnin nədənsə həllini istəmirlər.Bunun da bir neçə səbəbi vardır.

Təbii ki, Rusiya böyük bir imperiyadır və bu regionda öz yerini və ağalığını hiss etdirmək istəyir və buna da tədricən nail olubdur. Rusiya Qafqazda ki, hər bir ölkədə öz mənafeyini güdən bir məsələ gündəmdə saxlayır. Gürcüstanı Osetiya məsələsi ilə Azərbaycanı da Qarabağ məsələsi ilə sıxışdıran Rusiya bu yolla düşməni olan ABŞ-ın regionda qurmaq istədiyi ağalığın qarşısını almaq istəyir.

Çünki, Amerika SSRİ-nin dağılmasında əsas paya sahib olan dövlətdir. SSRİ-ni Qarbaçovun əliylə dağıdan ABŞ Rusiyanın tabeçiliyində olan dövlətləri ondan ayırdı. Azərbaycan da bu dövlətlərin içində idi və SSRİ-nin dağılmasından sonra öz müstəqilliyinə qovuşdu. Ancaq demək olmaz ki, bununla ABŞ-bu dövlətlərə yazığı gəldikdən bu məsələni həll etdi. Xeyr ABŞ bu dövlətləri Rusiyanın əsarətindən çıxararaq öz mənfur və iki üzlü siyasətinə ortaq etməklə həm bu dövlətlərin sevgisini qazandı və həm də bu dövlətlərin yer altı və yer üstü sərvətlərini talamağa başladı. Ümumiyyətlə ABŞ dövlətinin böyük orta Şərq planı vardır ki, bu plan əsasında da Ərəb dövlətlərində xüsusi ilə də İraqda və Fələstində törətdikləri cinayətlər buna açıq sübutdur.

Fələstində İsrailin törətdikləri cinayətlərin hesabını çəkməyən BMT-şurası bu cinayətə qarşı hələ də teatr tamaşası kimi seyrlə yanaşır. Amerikanı pulla təchiz edən İsrail Amerikanın daydaylığı ilə istədiyini edir. ABŞ İraqda Səddamın raket gizlətməsi bəhanəsi ilə hərbi əməliyyatlara başlayır və bu dövlətdə xaos yaradaraq neçə ildən sonrada raket olmadığını və bu millətə ən böyük yaxşılığımızın Səddamı öldurmək olduğumuzdur deyir. Ancaq bunların hamısı ağ yalandan başqa bir şey deyil. Əgər ABŞ,Səddamı öldürərək xalqa nicat veribsə bəs Koalisiya quvvələrinin İraqda nə işi var. Deməli məsələ təkcə Səddamın yox edilməsi ilə bitmir və ABŞ-ın burada başqa maraqları olduğu gün kimi aşkara çıxır. Bu da pul məsələsidir ki, ABŞ İraqda olan neft quyularına göz dikib və bu vasitə ilə İsraili neftlə təmin etmək istəyir. Lakin fikrimcə bu da məsələnin tam nəticəsi deyil. Amerika Ərəb dövlətlərini sıxışdırmaqla İrana qarşı müsəlman sipəri yaratmaq istəyir.

Çünki, İran nəaliyyətli gələcəyə doğru yol alıb və bu yoldan dönmək istəmir. Artıq İran nüvə texnologiyasında böyük irəliləyiş əldə edir və bu da ABŞ-ı olduqca narahat edir. İranla açıq müharibədən çəkinən ABŞ müharibənin ona baha başa gələcəyini yaxşı bilir və müharibəsini qorxaqcasına hiylə yolu ilə həll etmək istəyir. Lakin bunu bacara bilməyəcəyini yaxşı bilir və Avropa dövlətləri vasitəsilə bunu həll etmək istəyir. İran bunu yaxşı bildiyi üçün Avropa dövlətlərini bu oyundan çıxarır. İngiltərə dövləti bunun sübutudur ki, İran İngilis dənizçilərini əsir götürərək bu məsələni həll etdi. İndi isə ABŞ-ın Azərbaycan torpağında olan maraqlarına nəzər salaq. ABŞ-ın təbii ki, Azərbaycanda olan ən böyük maraqlarından biri neftdir ki, Qarabağ da bu marağın qurbanıdır. Amerika ilə Rusiya arasında gedən soyuq müharibənin acısını çəkən Azərbaycan bunun nəticəsində öz torpaqlarını itirib. Rusiya məsələnin həllinin bir hissəsini öz əlində saxlayaraq bu yolla Azərbaycanı sıxışdırır. Amerika isə bu məsələni həll etməməklə Azərbaycan neftindən əl üzmək istəmir. Birdə bu məsələdə İranın da bir marağı var ki, o da özünün stabilliyini qorumaqdır. Ümumiyyətlə Azərbaycanın stabilliyi kamil şəkildə olmasa digər region dövlətlərinin stabilliyi kamil deyil. Buna görə də bu dövlətlər tezliklə bu məsələni həll etməlidirlər.

Təbii ki, bunun üçün də yerli hakimiyyətdə səylərini artırmalıdır. Nəzərə alaq ki, qarşıda prezident seçkiləri gəlir və hakimiyyət millətə verdiyi vədi yerinə yetirməlidir. İstər asan olsun istərsə çətin. Çünki, hakimiyyətin uzun ömürlü rifahı bu məsələdən aslıdır. Lakin hakimiyyətin rifahı bir məsələ də vardır ki, bundan da çox-çox aslıdır. O da millətin güzəranının yaxşılaşdırılmasıdır, istər mənəvi cəhətdən, istərsə də maddi.

  • Yazılıb
  • da (də) 2008 Oct 17