Tarix : 2008 Oct 17
Kod 8102

SUMQAYITIN DİNDAR SAKİNİNƏ MƏKHKƏMƏ HÖKM OXUDU

Nadir Qəhrəmanovun yalançı iddiası əsasında təşkil edilən məhkəmədə dindar, ABT üzvü Əli Zeynal oğlu Məmmədov 60 manat cərimələndi
Azərbaycan servisi/Aran Agentliyi

Ötən həftə “Birlik-Press” qəzeti olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrmanovun səyi nəticəsində baş verən bir çox qanunsuz və insan haqlarına zidd hadisələr barəsində yazmış və araşdırma aparmışdıq.

İnanclı tələbələrə qarşı göstərilən qanunsuz hərəkətlər barəsində mətbuatı məlumatlandırmışdıq. O vaxt rektor Nadir Qəhrəmanov univetsitetdə təhsil alan hicablı tələbələrin hicablarını çıxartdıqdan sonra təhsil ocağına buraxılacağı əmrini vermişdi. Beləki, belə bir təzyiqlə bir başa üzləşən tələbə Ülkər Hacıyeva bir neçə tələbə yoldaşı ilə birlikdə ölkə başçısına, Heydər Əliyev Fondunun Prezidentinə, millət vəkili, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya, İnsan Haqları Müvəkkilinə, Təhsil Nazirliyinə və Milli Məclisə müraciət göndərmişlər və artıq müraciət ilə bağlı araşdırma aparılırmışdır.

Bu həftənin birinci günü – 13 oktyabr 2008 tarixində Universitet rektoru Nadir Qəhrəmanov səlahiyyətini daha da aşaraq ona hicablı xanımların problemlərinin özündə əks etdirən qəzeti təqdim edən inanclı, dindar, Sumqayıt şəhər sakini Əli Məmmədovu polisə böhtanla dolu ərizəsi ilə şikayət etməklə həbs etdirib.Həmin gün axşam saxlanılan şəxs polis bölməsi tərəfindən evə buraxılıb amma araşdırmanın hələ də davam etdiyi bildirilir. «Azərbaycan Birlik Təşkilatı» İctimai Birliyinin üzvü olan Məmədov Əli Zeynal oğlu ilə bağlı bu xəbər ilk olaraq təşkilata çatdırılmış və oradan da KİV, yerli və beynəlxalaq qeyri-hökumət təşkilatları və digər qurumlara müraciət olunmuşdur.

Bu gün isə Nadir Qəhrəmanovun iddiası ilə Əli Məmmədova qarşı açılan məhkəmə sonuncunun 60 manat cərimələnməsi ilə bitib. Beləki, Nadir Qəhramanov Əli Məmmədovun hərəkətlərinə şahidlik gətirmək məqsədi ilə iki şahid də tutub. Şahidlərin ayrı-ayrı informasiya verməsi məsələnin kökündə nə durduğunu ortaya qoyub. Şahidlərin yalan məlumatlarına baxmayaraq hakim Əli Zeynal oğlu Məmmədovu 60 manat cərimələyib.

  • Yazılıb
  • da (də) 2008 Oct 17