Ümidvarıq ki Əliyevin yeni məsuliyyəti və vəzifəsi dövründə qarşılıqlı əlaqələrin daha da sıxlaşmasını görəcəyik
Azərbaycan servisi/Aran Agentliyi
İİR-nin prezidenti Mahmud Əhmədinejad azəri həmkarı İlham Əliyevin bir daha prezident seçkilərində qələbə çalmasını təbrik edib. İRNA xəbər verir: Əhmədinejad İlham Əliyevlə telefon söhbətində Tehranla Bakı münasibətlərinin genişlənməsindən şad olduğunu ifadə edərək deyib: Ümidvarıq ki Əliyevin yeni məsuliyyəti və vəzifəsi dövründə qarşılıqlı əlaqələrin daha da sıxlaşmasını görəcəyik. Az. R-nın dövlət başçısı İlham Əliyev də İran prezidentinin bu telefon söhbətindən məmnun qaldığını ifadə edərək İran hökuməti və xalqına xoşbəxtlik və uğurlar arzulayıb.
O habelə iki ölkənin inkişafda olan əlaqələrinə toxunaraq deyib: Ümidvarıq ki, İranla Az. R-nın yüksək rütbəli rəsmilərinin əzmkarlığı ilə qarşılıqlı əməkdaşlıq və münasibətlər daha da sıxlaşacaq.