Türkiyənin İzmir bölgəsində “Əl-Qaidə” terror təşkilatının üzvü olduqları iddia edilən 8 nəfər tutulub
Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin İzmir bölgəsində “Əl-Qaidə” terror təşkilatının üzvü olduqları iddia edilən 8 nəfər tutulub. Lent.az-ın xəbərinə görə, polisin saxladığı bu şəxslər barəsində artıq məhkəmə həbs-qətimkan tədbiri seçib.
Saxlanılanlardan ən böyüyünün 29, ən kiçiyinin isə 21 yaşı var.
Onların yaxalanması üçün Türkiyə polisi xüsusi əməliyyat keçirib.