Ərdəbil ostanı ilə Naxçıvan M.R. arasında münasibətlərin daha da sıxlaşdırılması yolları araşdırılmaqdadır
Azərbaycan servisi/Aran Agentliyi
İranın Şimal -qərbində yerləşən Ərdəbil ostanının valisi bu ostanla Naxçıvan MR arasında əlaqələrin genişlənməsindən xəbər verib. İRNA xəbər verir: Ərdəbil ostanının valisi Əli Nikzad şənbə axşam İranın Naxçıvan M R-dakı baş konsulu Seyyid Məhəmməd Təbatəbai ilə görüşdə deyib: Ərdəbil ostanı ilə Naxçıvan M.R. arasında münasibətlərin daha da sıxlaşdırılması yolları araşdırılmaqdadır.
Nikzad Ərdəbil ostanının yüksək rütbəli iqtisadi nümayəndə heyətinin ötən ilki Naxçıvan səfərinə işarə edərək deyib: O səfər çərçivəsində həyata keçirilmiş müzakirələrdə xüsusilə də emal sənayesinin inkişafı tempini ,habelə turizm və idman strukturlarının genişləndirilməsi gedişatını nəzərə alaraq Naxçıvan M R. ilə əlaqələrini genişləndirməyə hazırdır. Baş konsul da İİR-nin Naxçıvan M R. rəsmiləri İran torpağından Naxçıvan- Bakı avtobus reyslərinin bərqərar edilməsinə yardım etməkdəki səylərindən məmnun qaldığını ifadə edərək deyib: Bu məsələ bizim münasibətlərimizdə müsbət təsirə malik olub. Belə ki ,son bir ildə İranla Naxçıvan M. R. arasında 80 idman və iqtisadi nümayəndə heyətlərinin səfərləri olub .