Tarix : 2008 Oct 19
Kod 8122

İİR ordusunun hava qüvvələri manevrinin 2-ci etapı

Təbrizin ümumi məntəqəsində keçirilən həmin manevrin bu mərhələsində ordunun hava qüvvələrinin qırıcı-bombardmançı təyyarələri təyin olunmuş hədəfləri bombardman ediblər
İİR servisi/Aran Agentliyi

İİR ordusu hava qüvvələrinin "Vilayət Fədakarları" manevrinin 2-ci etapı başlanıb. Daxil olan məlumata görə, Təbrizin ümumi məntəqəsində keçirilən həmin manevrin bu mərhələsində ordunun hava qüvvələrinin qırıcı-bombardmançı təyyarələri təyin olunmuş hədəfləri bombardman ediblər.
F-14, F-4, F-5, habelə SU-24 və Saeqə hərbi təyyarələri İran istehsalı olan "Hava-quru" raketləri ilə qurudakı hədəfləri vuraraq, müdafiə zərbəsi endirmək üzrə öz qüdrətlərini nümayiş etdiriblər.
Qeyd olunan manevrin sözçüsü aviasiya generalı Çitfuruş ordunun hava qüvvələri qırıcılarının atəş açma rəqabətini, "Vilayət Fədakarları" manevrinin 2-ci etapının əməliyyatı kimi hesab edib.

  • Yazılıb
  • da (də) 2008 Oct 19