Azərbaycan R. Müdafiə Nazirliyinin sözçüsü hər bir ölkədən Qarabağda qüvvənin yerləşdirilməsini rədd edib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R. Müdafiə Nazirliyinin sözçüsü hər bir ölkədən Qarabağda qüvvənin yerləşdirilməsini rədd edib. ANS-in məlumatına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlu Rusiyanın 58-ci diviziyası və MDB sülhü mühafizə qüvvələrinin Qarabağda yerləşdirilməsi ehtimalı barədə "Armenia Today" Xəbər Agentliyi tərəfindən Rusiya ordusu komandanlarına istinadla yayılan xəbərə reaksiyada deyib: Bu xəbər agentliyinin məsul şəxsləri böyük ehtimala qarşı şəxsi məsələləri əsas tutaraq, bu kimi yalan və xülyalar uydurublar. Ancaq böyük səhvə yol veriblər. Çünki bu cür xəyali xəbər hətta Ermənistan vətəndaşlarının özləri üçün də inandırıcı ola bilməz.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sözçüsü eyni zamanda deyib: "Armenia Today" Xəbər Agentliyinin iddia etdiyi kimi hər növ məsələ rəsmi Bakının məlumatı, icazəsi və iştirakı olmadan heç bir vəchlə qaldırılaraq, icra oluna bilməz və heç bir dövlətin Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə haqqı yoxdur. Zira Azərbaycan Respublikası dövləti müstəqil bir dövlətdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sözçüsü ABŞ-ın Qarabağdakı müdaxilələri və Azərbaycan Respublikasının tamamilə daxili məsələlərinə qarışmasına işarə etməyib.
ABŞ-ın Azərbaycan Respublikasının daxili işlərinə müdaxilələrinin ən bariz nümunəsi bu Respublikanın son prezident seçkiləri ərəfəsində Birləşmiş Ştatların Bakıdakı səfirinin rəftarlarında müşahidə olundu.