Tarix : 2008 Oct 19
Kod 8125

İran əleyhinə avantüra imkanı yoxdur

İngiltərədə əhalinin 47%-i bu qənaətdədir ki, ABŞ-ın sonrakı prezidenti konkret olaraq, İrana qarşı hərbi seçimi rədd etməlidir
İİR servisi/Aran Agentliyi

Bir sorğuya əsasən, dünya xalqlarının əksəriyyəti ABŞ-ın İrana qarşı düşmənçilik hərəkəti ilə müxalifdir. İRNA-nın məlumatına əsasən, 8 qəzetin dünyanın 3 qitəsində apardığı rəy sorğusunun nəticələrinə görə, İngiltərə, Fransa, Kanada, İsveçrə, Polşa, Yaponiya, Meksika və Belçika xalqlarının 50%-dən çoxu bu qənaətdədir ki, nüvə hüquqlarının izlənməsi üzündən İİR-na qarşı avantüralar imkanı mövcud deyil.
"Qardian" qəzeti bu sorğunun bəzi hissələrini yayaraq yazıb: İngiltərədə əhalinin 47%-i bu qənaətdədir ki, ABŞ-ın sonrakı prezidenti konkret olaraq, İrana qarşı hərbi seçimi rədd etməlidir.
Bu sorğunun nəticələri habelə göstərir ki, əksər ölkələrin xalqları Amerika ilə yaxın əlaqəni ölkələrinin maraqları ilə ziddiyyətli bilir və bu xalqların 60%-dən çoxu Vaşinqtonun hazırkı siyasətləri ilə müxalifdir.

  • Yazılıb
  • da (də) 2008 Oct 19