Tarix : 2008 Oct 20
Kod 8139

Moskvada azərbaycanlılarla ermənilər arasında dava olub

Rusiya Daxili İşlər İdarəsinin əməkdaşları Azərbaycan və Ermənistandan Moskvaya gəlmiş şəxslər arasında kütləvi davanın qarşısını alıb
Azərbaycan servisi/ARAN AGENTLİYİ
“Yeni Şərq”in dünya informasiya agentliklərinə istinadən verdiyi xəbərə əsasən, Rusiya Daxili İşlər İdarəsinin əməkdaşları Azərbaycan və Ermənistandan Moskvaya gəlmiş şəxslər arasında kütləvi davanın qarşısını alıb. Oktyabrın 18-də Vinokurov küçəsindəki idman meydançalarından birində bir neçə azərbaycanlı və erməni arasında mübahisə yaranıb ki, nəticədə də hər iki tərəf səhərisi günü elə həmin yerdə görüşüb münasibətləri ayırd etmək qərarına gəlib. Səhərisi gün isə hər iki tərəf öz dost-tanışı ilə hadisə yerinə gəlib.
    Moskva Daxili İşlər İdarəsinə yerli sakinlər zəng vuraraq bildiriblər ki, idman meydançasında çoxlu sayda qafqazlı yığışıb, onların arasında mübahisə gedir və çox güman ki, əlbəyaxa olacaq. Dərhal hadisə yerinə milis əməkdaşları gəlib. Hər iki tərəfdən 20 nəfər tutulub. Davanın digər iştirakçıları isə qaça bilib. Hadisənin səbəbləri araşdırılır.
 
  • Yazılıb
  • da (də) 2008 Oct 20