Tarix : 2008 Oct 20
Kod 8141

Azərbaycanın Əzizbəyov rayonunda hərbi-təlim sınaq məntəqəsində parlayış olub

qoyun otaran Dübəndi qəsəbə sakinləri Fikrət Mehdiyev və Azər Bəşirov tapdıqları qumbaraatan mərmisi ilə ehtiyatsız davranıblar və partlayış baş verib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Oktyabrın 19-da Əzizbəyov rayonunda, Şimali DRES qəsəbəsində istifadə edilməyən hərbi-təlim-sınaq məntəqəsində partlayış olub. Belə ki, qoyun otaran Dübəndi qəsəbə sakinləri Fikrət Mehdiyev və Azər Bəşirov tapdıqları qumbaraatan mərmisi ilə ehtiyatsız davranıblar və partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, partlayış nəticəsində A.Bəşirov hadisə yerində ölüb. F.Mehdiyev isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
  • Yazılıb
  • da (də) 2008 Oct 20