İraqın şimalındakı regional kürd rəhbərliyi türk qırıcı təyyarələrinin bölgədə yeni əməliyyat təşkil etdiyini bəyan edib
Türkiyə servisi/ARAN AGENTLİYİ
“Yeni Şərq”in dünya informasiya agentliklərinə istinadən verdiyi xəbərə əsasən, İraqın şimalındakı regional kürd rəhbərliyi türk qırıcı təyyarələrinin bölgədə yeni əməliyyat təşkil etdiyini bəyan edib. İraqın şimalındakı kürd administrasiyasının rəsmisi Helgurv Khider əməliyyatda sərhəd yaxınlığında dörd yaşayış sahəsinin hədəfə alındığı iddia edir. Əməliyyatlarda ölən, ya da yaralananların olub-olmadığına dair məlumat verilmir.
Türkiyənin Silahlı Qüvvələr Baş Qərargahından isə Şimali İraqda PKK terror təşkilatına qarşı hava əməliyyatının davam etdiyi və yaşayış məntəqələrinin hədəfə alınmadığı bildirilir.