EKO-ya üzv ölkələr arasında turizmin inkişafı iqtisadi məsafənin azalmasına ,məntəqə xalqları və dövlətləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə səbəb olacaq
İİR servisi/Aran Agentliyi
EKO-nun turizm nazirlərinin ilk iclası Tehranda keçirilib. Müxbirimizin verdiyi məlumata görə, bu iclasda İran Əfqanıstan , Az. R, Özbəkistan, Tacikistan , Türkmənistan , Qazaxıstan və Qırğızıstanın Turizm Nazirliklərinin başçıları yaxud digər rəsmiləri turizm sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi yollarını araşdırıblar. EKO-nun baş katibi Xurşid Ənvər bu iclasda etdiyi çıxışında üzv ölkələrin tarixi , mədəni eləcə də təbii cazibədarlıqlar sahələrində malik olduqları potensiallara toxunaraq deyib: EKO-ya üzv ölkələr arasında turizmin inkişafı iqtisadi məsafənin azalmasına ,məntəqə xalqları və dövlətləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə səbəb olacaq.
İran prezidentinin müavini, mədəni irs, əl işləri sənayesi və turizm təşkilatının sədri İsfəndiyar Rəhim Məşai də bu gün regional iqtisadi əməkdaşlıqlar təşkilatı EKO-nun turizm nazirlərinin Tehranda keçirilən ilk iclasında etdiyi çıxışında deyib: Xalqların mədəni, iqtisadi , ictimai və siyasi həyatında turizmin rolu və əhəmiyyəti artıq kimsəyə gizli deyil. Rəhim Məşai deyib: EKO-ya üzv ölkələrin iqlim və etnik müxtəlifliyi tarixi mədəniyyət abidələri baxımından malik olduqları potensiallar bu məntəqəni dünyanın ən cazibədar turizm mərkəzinə çevirib. Rəhim Məşai deyib: EKO-ya üzv ölkələrin ortaqlıqları və potensialları xüsusilə qədim iqtisadi yolda yerləşmələri və ondan öz aralarındakı ticarət və mədəniyyət əlaqələrinin genişləndirilməsi sahəsində istifadə etmələri əlaqədar dövlət qurumlarının diqqət mərkəzində durmalıdır.