Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə əsasən, yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa gedir
Azərbaycan servisi/Aran Agentliyi
İkinci müddətə Azərbaycan prezidenti seçilən İlham Əliyevin səlahiyyətlərini rəsmən icra etməyə başladığı gün hazırkı hökumət istefaya gedəcək.
APA-nın məlumatına görə, Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə əsasən, yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa gedir. Bundan sonra prezident yeni hökumətin üzvlərini təyin edir. Yeni hökumətdə həm köhnə kabinetdə çalışanlar, həm də yeni şəxslər ola bilərlər.
Qeyd edək ki, hazırkı hökumətdə 21 nazir, baş nazirin 4 müavini, 9 komitə sədri, 3 xidmət rəisi, 3 agentlik direktoru, həmçinin Dövlət Sosial Müdafiə Fondu və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədrləri var.