Tarix : 2008 Oct 20
Kod 8154

Həzrət Ayətullah əl-Üzma Xamenei: İİR silahlı qüvvələri islami prinsiplərin fədakarlarıdırlar

İran xalqı silahlı qüvvələrin tərəfdarıdır və onları özlərinin ayrılmaz parçası bilir
İİR servisi/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri ölkənin silahlı qüvvələrini İslam prinsiplərinin fədakarları adlandırıblar. Həzrət Ayətullah əl-Üzma Xamenei bazar günü Tehranda İİR silahlı qüvvələri hərbi məktəblərinin tələbələrinə aid  andiçmə və hərbi rütbələrin verilmə si mərasimində silahlı qüvvələri ölkənin möhkəm hasarı  adlandıraraq vurğulayıblar: İran xalqı silahlı qüvvələrin tərəfdarıdır və onları özlərinin ayrılmaz parçası bilir.
Böyük İnqilab Rəhbəri ölkənin silahlı qüvvələrini milli qüdrətin təzahürü və iqtidarın önəmli parçası hesab edərək deyiblər: Onların mənəvi qüdrəti imanın möhkəmliyi , əsil tövhid və insanlıq prinsiplərini himayə sayəsində dirçəlir.
İİR silahlı qüvvələrinin ali baş komandanı verdikləri bəyanatın digər bir hissəsində Livan Hizbullahının şücaətli gənclərinin təpədən dırnağadək silahlanmış Sionist rejim ordusu qarşısında qələbə çalmasına və sionistlərin məğlubiyyətə uğramasına toxunaraq deyiblər: Bu qələbə maddi qüvvələrə mənəvi üstün olmaq  mənasındadır və İranın silahlı qüvvələri bu müstəsna imtiyaz və özlərinin malik olduğu iman və mənəviyyatın qədrini bilməlidirlər.
O həzrət İran xalqının düşmənlər qarşısında malik olduğu şücaətə, imana, möhkəmliyə və candankeçmə əhval-ruhiyyəsinə  və onları geri çəkilməyə məcbur etməsinə işarə edərək vurğulayıblar: İslam İnqilabının başlanğıcı və İslam R. quruluşunun təşkilində İran xalqının  müxalifət tufanları qarşısında möhkəm dayana bilməsinə inana bilməyənlər hal-hazırda 30 illik təcrübə ilə İslami İranın silahlı qüvvələrinin möhkəm yerə malik olmasını etiraf edirlər.
İslam İnqilabının Böyük Rəhbəri bu müştərək mərasimdə 8 illik müqəddəs müdafiə dövrü şəhidlərinin anım mərasimində şəhidlərin dərəcələrinin yüksəlməsinə dua edib , onların pak ruhlarına fatihə oxuyublar. Həzrət meydandakı hazır bölmələrin paradına baxış keçirib ,  zabitlər , müəllimlər və əlaçı tələbələrdən bir neçəsi də böyük inqilab rəhbərinin əlindən öz hədiyyələrini alıblar.

  • Yazılıb
  • da (də) 2008 Oct 20