Tarix : 2008 Oct 21
Kod 8172

Goranboyda atışmalar baş verdi

son 3 gündə Ermənistan ordusunun Goranboy Rayonunun cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndi istiqamətində fəallaşması müşahidə edilir
Azərbaycan servisi/Aran Agentliyi

ANS telekanalı Goranboyda azəri və erməni qüvvələri arasında atışmadan xəbər verib. Bu məlumata əsasən, son 3 gündə Ermənistan ordusunun Goranboy Rayonunun cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndi istiqamətində fəallaşması müşahidə edilir. Erməni qüvvələrinin Tərtərin işğal altdakı Talış kəndindən Tapqaraqoyunlunu atəşə tutması nəticəsində 16 evə zərər dəyib. Atışma yarım saatdan çox davam edib. Məlumatda deyilir ki, erməni tərəfi 4 gün əvvəl həmin kəndin suyunu kəsib. Mənbəyini İncəçaydan götürən su axınının bəndləri vaxtaşırı ermənilər tərəfindən dağıdılır.
Qərb təşkilatları , xüsusən ATƏT-in Minsk Qrupu daim Az. R. qaynaqlarının bu cür məlumatlarına etinasızlıq göstərir, eyni zamanda Az. R-nı ermənilərə qarşı hərbi hərəkətlərdən çəkindirirlər.

  • Yazılıb
  • da (də) 2008 Oct 21