Az. R. və Türkmənistan daxil olmaqla Qafqaz ölkələrindən qazın əldə olunması bir prioritetdir, ancaq İran qazı yenə də bu layihə üçün uzun müddətli bir seçim sayılır
İİR servisi/Aran Agentliyi
Avstriyanın OMV şirkətinin icraçı müdiri bildirib ki, NABUKKO layihəsində İran kənar qoyulmamalıdır. Röytersin məlumatına əsasən, Volfqonq Rotens Turfer belə qeyd edib: Dünyada ikinci iri qaz ehtiyatları İranda yerləşir. Bun görə, NABUKKO kəmərinin inşası sahəsində "İran qazı onun vasitəsi ilə nəql olunmamalıdır" demək faydasızdır.
O artırıb : Az. R. və Türkmənistan daxil olmaqla Qafqaz ölkələrindən qazın əldə olunması bir prioritetdir, ancaq İran qazı yenə də bu layihə üçün uzun müddətli bir seçim sayılır.
Rotens Turfer onu da qeyd edib ki, İraq ehtimal üzrə bu layihə üçün digər bir hazırlayıcı tərəfdir.
Qərar üzrə Mərkəzi Asiya və Xəzər dənizi qazının Az. R. , Gürcüstan , Türkiyə , Bolqarıstan , Macarıstan , Rumıniya və Avstriyadan keçməklə Avropanın qərbinə nəql edəcək 3300 kilometr NABUKKO boru kəməri 2013-cü ildə təkmilləşdiriləcək.Lakin ABŞ indiyədək İran qazının bu kəmər ilə ixrac olunması ilə müxalifət edib.
Neft və qaz məsələləri üzər ekspertlər ABŞ-ın bu müxalifəti qeyri-iqtisadi və qeyri- aqilanə bir hərəkət bilir.