Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının oktyabrın 15-də keçirilmiş prezident seçkilərinə dair bəyannaməsi ilə bağlı bəyanat verib. XİN mətbuat xidmətindən APA-ya bildirilib ki, Fransanın Avropa İttifaqının prezidenti qismində bəyanatı anlaşılmaz və məyusedicidir: “Bu bəyanatda seçki prosesinin mahiyyəti və beynəlxalq müşahidəçilərin, o cümlədən Avropa İttifaqı nümayəndələrinin rəyi köklü şəkildə təhrif olunub, mövcud reallıqlar isə qərəzliliklə əvəz edilib.
Hesab edirik ki, bu kimi qeyri-obyektiv yanaşma Azərbaycan xalqının iradəsini əks etdirmir, Azərbaycanla Avropa İttifaqı arasında mövcud münasibətlərin xarakterinə ziddir və etimadın güclənməsinə xidmət etməyəcək”.