ATƏT-in Minsk Qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri – Bernar Fasye, Yuri Merzlyakov və Metyu Brayza gələn həftə münaqişə regionuna baş çəkməyi planlaşdırırlar
Azərbaycan servisi/Aran Agentliyi
Gələn həftə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin fəallaşacağı gözlənilir.
ATƏT-in Minsk Qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri – Bernar Fasye, Yuri Merzlyakov və Metyu Brayza gələn həftə münaqişə regionuna baş çəkməyi planlaşdırırlar.
ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Fasye çərşənbə axşamı telefonla Trend News-a bildirib ki, bu, həmsədrlərin Azərbaycanda prezident seçkilərindən sonra regiona ilk səfərləri olacaq. Ölkədə prezident seçkiləri keçirilməsi səbəbindən danışıqlar prosesi dayandırılmışdı və indi həmsədrlər öz işlərini daha fəal şəkildə bərpa etmək niyyətindədirlər.