Tarix : 2008 Oct 22
Kod 8198

ABŞ-ın İraqla təhlükəsizlik müqaviləsi modern vəhşilikdir

Regionda mühüm hadisələr baş verməkdədir və İslam ölkələrinin məsul şəxslərinin arasında fikir mübadilələrinin həyata keçirilməsinə ehtiyac var
İİR servisi/Aran Agentliyi
İranın İŞM-nin sədri : İslam ümməti bu gün hər zamankından daha çox İslma dövlətləri arasında dostluğa ehtiyaclıdır.
Əli Laricani çərşənbə günün axşam Manamada Bəhreyn məclisinin sədri Xəlifə bin Əhməd əl-Zəhrani ilə görüşdə amerikalıların İslam ölkələrini rahat buraxmayacaqlarına təkid edərək əlavə edib: Regionda mühüm hadisələr baş verməkdədir və İslam ölkələrinin məsul şəxslərinin arasında fikir mübadilələrinin həyata keçirilməsinə ehtiyac var. Laricani amerikalıların İslam ölkələrinin neftini alıb onun qarşılığında silah vermək üçün onların arasında qorxu atmosferi yaratmaq ardınca olduqlarını bəyan edərək deyib: Onların hiyləgərcəsinə siyasətlərinə diqqət yetirmək lazımdır.
Laricani həminin İraqın işğalçılar vasitəsi ilə işğal edilməsi ilə müxalifət edərək deyib: Vaşinqtonla Bağdad arasındakı təhlükəsizlik müqaviləsi bir növ modern vəhşilikdir. Amerikanlar qeyd edilən müqaviləni iraqlılara qəbul etdirməklə İraq xalqının başına istədikləri bəlanı gətirmək istəyirlər.
 Larcani həmçinin belə xatırladıb: İran heç vaxt atom bombasının ardınca olmayıb və atom bombasının düzəldilməsi ardınca olanlar da heç vaxt Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti və NPT qanun- qaydalarını qəbul etməyiblər.
Laricani deyib: İİR Sionist rejimlə mübarizə öncülü və ərəblərin kənarındadır .

 Laricani İran İR ilə Bəhreyn arasındakı əlaqələrin iqtisadi, mədəni və siyasi baxımdan gücləndirilməsinin zəruriliyini bəyan edərək deyib: Qaz haqda iki ölkənin əməkdaşlıqları tənzimləndi və qeyd edilən müqavilə İranın Bəhreynlə strateji əlaqələrin olmasını istəməsini göstərir.

  • Yazılıb
  • da (də) 2008 Oct 22