Tarix : 2008 Oct 23
Kod 8219

Şəkidə partlayış baş verib

Nəticədə dağıntı olmayıb, yanıq xəsarətləri almış R.Nyuvərov və həyat yoldaşı Əfsanə xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar aparılır
Azərbaycan servisi/Aran Agentliyi
Ötən gecə Şəki şəhərinin Kiş kəndində yaşayış evində partlayış baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, hadisə kənd sakini Ramin Nyuvərova məxsus evin mətbəxində olub. Təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə dağıntı olmayıb, yanıq xəsarətləri almış R.Nyuvərov və həyat yoldaşı Əfsanə xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar aparılır.
  • Yazılıb
  • da (də) 2008 Oct 23