Amerika özünün təcavüzkarcasına əhval-ruhiyyəsi ilə İraqda özü üçün çətin vəziyyətə səbəb olub və bu ölkədə dalana dirənibdir
İİR servisi/Aran Agentliyi
Tehranın cümə namazı xitabətçisi deyib: İranın sülhsevər nüvə enerjisinə yiyələnmək üzər əzmkarlığı və iradəsi dəyişilməzdir.Tehranın cümə namazı xitabətçisi deyib: İranın sülhsevər nüvə enerjisinə yiyələnmək üzər əzmkarlığı və iradəsi dəyişilməzdir. Tehranın bu həftəki cümə namazının xitabətçisi Ayətullah Haşimi Rəfsəncani İranın nüvə proqramının sülhsevər olmasına və hamının İranın nüvə mövzusunda yayınmasının olmamasına etiraf etməsinə işarə edərək Qərbin puç hədələrini dünyanın super güclərinin hegemonçu hissiyyatlarından mənşə aldığını bildirib.
Tehranın cümə namazı xitabətçisi Qərbin İranın nüvə mövzusundakı qeyri-münasib rəftarlarının ağıldan uzaq adlandırıb və Qərb ölkələrinə tövsiyə edib İran Qərbin hədələri qarşısında öz hüququndan vaz keçməyəcək və sülhsevər nüvə enerjisinə yiyələnmək üzə öz yolunu davam etdirəcək.
Haşimi Rəfsəncani xütbənin davamında Amerikanın Bağdad-Vaşinqton təhlükəsizlik müqaviləsini qəbul etdirmək üzrə təzyiqinə işarə edərək deyib: Amerika özünün təcavüzkarcasına əhval-ruhiyyəsi ilə İraqda özü üçün çətin vəziyyətə səbəb olub və bu ölkədə dalana dirənibdir.
Tehranın cümə namazı xitabətçisi amerikanların İraqda iştirak üçün hiləgərcəsinə yollarla cəhd göstərmələrini bildirərək əlavə edib: İşğalçıları indiyə qədər İraq dövlətinə fürsət verməyibdir ki, güclü İraq ordusu və polisinin və bu ölkənin infrastrukturlarını bərpa etməyə icazə verməyiblər.
Tehranın cümə namazı xitabətçisi dövlətlər və nəzər sahiblərindən istəyibdir ki, İraq xalqını hazırkı böhrandan çıxarmaq üçün əməkdaşlıq etsinlər.