Məlumata görə, bu, Abxaziyanın Qal rayonu ilə Zuqdidi rayonunu birləşdirən Şamqon-Taqiloni körpüsüdür
Gürcüstan servisi/Aran Agentliyi
Dünən səhər Rusiya hərbçiləri Gürcüstanda daha bir körpünü partladıblar. Bu barədə Gürcüstanın Daxil İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, Abxaziyanın Qal rayonu ilə Zuqdidi rayonunu birləşdirən Şamqon-Taqiloni körpüsüdür. Qeyd edək ki bu, son bir neçə gün ərzində Gürcüstan ərazisində partladılan ikinci körpüdür.
“Bu hərəkətlər Qal rayonunun əhalisini Gürcüstanın digər ərazilərindən ayrılması məqsədi daşıyır”. Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında belə deyilir.