Tarix : 2008 Oct 25
Kod 8259

Rusiyadan Azərbaycana ət məhsullarının gətirilməsinə müvəqqəti qadağa qoyulub

Dövlət Baytarlıq Xidməti Rusiyadan Azərbaycana ət məhsullarının gətirilməsinə müvəqqəti qadağa qoyub
Azərbaycan servisi/Aran Agentliyi
Dövlət Baytarlıq Xidməti Rusiyadan Azərbaycana ət məhsullarının gətirilməsinə müvəqqəti qadağa qoyub. Qurumdan verilən məlumata görə, qadağaya səbəb Rusiya baytarlıq müfəttişliyinin Stavropol vilayətində donuzlar arasında kütləvi ölümlə nəticələnən Afrika taunu xəstəliyinin aşkarlaması olub. Buna görə də Azərbaycan tərəfi qonşu ölkədən heyvan mənşəli məhsulların, əsasən də kolbasaların ölkəyə gətirilməsinə icazə vermir. Bununla yanaşı, yem və yem əlavələrinin də ölkəyə gətirilməsi qadağan edilib.
  • Yazılıb
  • da (də) 2008 Oct 25