üleymanov habelə İİR-ilə Az. R-nın yaxşı siyasi iqtisadi və mədəni əlaqələrinə işarə edərək vurğulayıb ki, A.R-nın prezidenti İlham Əliyev İranla anlaşmanın genişlənməsini son dərəcə önəmli bilir
Azərbaycan servisi/Aran Agentliyi
Az. R-nın Təbrizdəki baş konsulu İranın Qarabağ məsələsində vasitəçilik etməsinə görə təşəkkür edib. Mehr Xəbər Agentliyinin məlumatına görə, Az. R-nın Təbrizdəki baş konsulu Süleymanov İranın Şərqi Azərbaycan ostanının ostandarı Əhməd Əlirzabeyqi ilə görüşdə İranın Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirib və deyib ki, rəsmi Bakı bu məsələnin dinc həllini istəyir.
Süleymanov habelə İİR-ilə Az. R-nın yaxşı siyasi iqtisadi və mədəni əlaqələrinə işarə edərək vurğulayıb ki, A.R-nın prezidenti İlham Əliyev İranla anlaşmanın genişlənməsini son dərəcə önəmli bilir.
Əlirzabeyqi də iki ölkənin dini və mədəni ortaqlıqlarına toxunaraq deyib: Ümidvaram ki Qarabağ məsələsi dialoq və dinc yolla həll olunsun.
Bu görüşdə habelə Şərqi Azərbaycan ostandarı iranlı rəsmilərin Az. R. və Naxçıvandan Təbrizə gələn xəstələrin müalicəsi sahəsində əməkdaşlıq edəcəyi barədə söz verib. Görüşdə qərara alınıb ki, iki ölkə arasında ticarətin rövnəq tapması habelə yük maşınlarının gediş-gəlişi üçün Culfa sərhədinin bir daha açılmasına lazım olan fəaliyyətlər həyata keçirilsin.