Tarix : 2008 Oct 25
Kod 8263

Hal-hazırda Amerika İrana qarşı bir hərəkət həyata keçirə bilməz

Belə bir koalisiyanın yaradılması ağla -sığmazdır və ABŞ hal-hazırda indiki koalisiyaya rəhbərlik imkanına malik deyil və bütün ekspertlərin qənaətincə 5+1-in hazırkı koalisiyası da daha mövcud deyil
İİR servisi/Aran Agentliyi

İİR İŞM-nin Xarici siyasət komissiyasının sədri 5+1 qrupunun hazırkı koalisiyasının daha mövcud olmadığını bildirib. İİR İslami Şura Məclisinin Xarici Siyasət Komissiyasının sədri 5+1 qrupunun hazırkı koalisiyasının daha mövcud olmadığını bildirərək deyib: Hal-hazırda Amerika İrana qarşı başqa bir koalisiyaya rəhbərlik etmək qüdrətinə malik deyil. Əlaəddin Brucerdi Fars Xəbər Agentliyi ilə müsahibədə İranın nüvə proqramı ilə rəftar üçün ABŞ-ın rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasından kənar bir koalisiyanın yaradılması imkanı haqda deyib: Belə bir koalisiyanın yaradılması ağla -sığmazdır və ABŞ hal-hazırda indiki koalisiyaya rəhbərlik imkanına malik deyil və bütün ekspertlərin qənaətincə 5+1-in hazırkı koalisiyası da daha mövcud deyil. Brucerdi artırıb: Bu qrup Rusiya-ABŞ əlaqələrində yaranmış yeni vəziyyətdən sonra təbii ki, 5+1 qrupunun iş gedişinə mənfi təsir göstərib, digər tərəfdən Buşun prezidentlik dövrünün başa çatması ilə onun dövlətinin İranın nüvə məsələsi və Tehranın həmkarlığı gedişindəki mənfi təsiri əslində özünün qabaqkı  rolunu itiribdir . ABŞ-ın hazırkı prezidentinin siyasi ömrünün baş çatmasına əsasən təbii olaraq bu ölkənin İranla üzləşmədə sonrakı dəyişikliklərini gözləmək lazımdır.
Brucerdi söyləyib: İrann MAQATE ilə yaxşı həmkarlığına və İİR-nin 5+1 qrupu ilə anlaşma və müzakirədəki siyasətinə əsasən İranın nüvə məsələsinin hazırkı durumunun baş çatması üçün potensial zəmin hazırdır və belə bir ehtimal mövcuddur ki, ABŞ prezident seçkilərindən sonra Amerikanın bu ölkələr toplusu ilə əlaqələrə təbii təsirinə əsasən İranla bu toplu arasında daha münasib atmosfer yaransın.
İİR İŞM-nin XSK-nın sədri habelə vurğulayıb: Amerikanlar İraqdakı problemlərini həll etmək üçün İİR-yə ehtiyac əlini uzadarkən habelə müzakirələrin üç dövrünün keçirilməsi zamanı  İranın məntəqədəki qüdrətini etiraf etdilər.

  • Yazılıb
  • da (də) 2008 Oct 25