Rusiya prezidenti Dmitri Medvedyev bu ölkənin Cənubi Osetiya və Abxaziyadakı ilk səfirlərini təyin edib
Rusiya servisi/Aran Agentliyi
Rusiya prezidenti Dmitri Medvedyev bu ölkənin Cənubi Osetiya və Abxaziyadakı ilk səfirlərini təyin edib. Rusiyanın xarici işlər nazirinin Türkiyə məsələləri üzrə keçmiş müavini Elbrus Qarqiyev Rusiyanın Cənubi Osetiyadakı səfiri təyin edilib. Həmçinin Rusiyanın Əfqanıstandakı keçmiş səfiri Semyon Qriqoryevin Rusiyanın Abxaziyadakı səfiri kimi işə başlaması qərara alınıb.
Rusiyaavqustun 26-da Gürcüstanla silahlı toqquşmalardan iki həftə sonra Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanıdı. Rusiyanın Cənubi Osetiya və Abxaziyadakı səfirləritəyin etməsi Moskvanın bu məntəqələrin müstəqilliklərini himayəyə təkidi mənasında və onların mövqelərinin sabitləşdirilməsini istiqamətindəki başqa bir addımdır . Siyasi ekspertlər rəsmi Moskvanın bu hərəkətini Rusiyanın Cənubi Osetiya və Abxaziya ilə həmişəlik bağlılığı, nəticədə bu məntəqələrin Gürcüstandan rəsmən ayrılması üzrə bir müraciət kimi bilirlər.