Tarix : 2008 Oct 26
Kod 8286

Qarabağda hərbi təlim keçirilir

Ermənistanın prezidenti Serj Sarksiyan hərbi təlimlərin keçirildiyi məntəqəyə baxış keçirdiyi bildirilir
Ermənistan servisi/Aran Agentliyi

Ermənistan silahlı qüvvələri Az. R-nın Ağdam rayonunda hərbi təlimlərinə start vermişlər. Türkiyədə çıxan zaman qəzeti Az. R-nın Müdafiə Nazirliyinin mətbuat katibi Eldar Sabiroğluya istinadən xəbər verir ki, bu Az. R-nın zəbt olunmuş torpaqlarında Ermənistanın ilk hərbi manevri deyil.
Ermənistanın prezidenti Serj Sarksiyan hərbi təlimlərin keçirildiyi məntəqəyə baxış keçirdiyi bildirilir.
Ermənistanla Az. R. arasında Qarabağa nəzarət üstündə münaqişə 1988-də hərbi zəminində qarşıdurma baş verib. Müharibə nəticəsində Az. R. ərazilərinin 20 faizi erməni hərbi birləşmələri tərəfindən zəbt edilib və bir milyon azərbaycanlı öz ev-eşiyindən qaçqın düşüb.
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq təşkilatların səyləri heç bir nəticə verməyib.

  • Yazılıb
  • da (də) 2008 Oct 26