Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstanı sentyabr ayında 265 851 xarici vətəndaş tərk edib. «Qruziya-Onlayn» informasiya agentliyinin yaydığı məlumata əsasən, avqust ayında bu göstərici 329 336, iyulda isə 300 502 nəfər olub. Sentyabr ayında bu respublikanı tərk edənlərdən 27 811 nəfəri Azərbaycan vətəndaşı, 28 581 - Türkiyə, 20 764 - Ermənistan, 8470 nəfər Rusiya, 1931 - Ukrayna, 1179 - ABŞ vətəndaşı, 978 nəfər İsrai, 1110 - Britaniya, 883 nəfər Almaniya, 1294 nəfər isə Yunanıstan vətəndaşıdır.